Bakı, 11 fevral, AZƏRTAC
Milli Kitabxanada ədəbiyyatşünaslığın görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun 105 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə professorun elmi tədqiqatları, elmi fəaliyyəti, transliterasiya və tərtib etdiyi, redaktoru, “Ön söz” müəllifi olduğu ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələri Azərbaycan və rus dillərində nümayiş etdirilir.
Virtual sərgi ilə linki vasitəsilə tanış olmaq mümkündür.
Sərgi bir həftə davam edəcək.