AZ

Ukrayna Rusiyanın 5 vilayətinə PUA-larla hücum etdi...

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 40 ədəd PUA vurub.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Saratovda 18, Rostovda 13, Bryanskda 6, Volqoqradda 2, Belqorod vilayətində 1 ədəd PUA məhv edilib.

 

“Rosaviasiya” isə ölkənin 4 hava limanının fəaliyyətini dayandırdığı barədə məlumat yayıb. 

 

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər tezdən Kazan, Kirov, Saratov, Ulyanovsk hava limanlarında təyyarələrin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - deyə məlumatda vurğulanıb.

Seçilən
7
1
senzor.az

2Mənbələr