AZ

Atəşkəs danışıqlarının təxirə salınması vasitəçiləri qəzəbləndirir - İsrail mediası

Bakı, TurkicWorld

İsrail mediası Qəzza zolağında atəşkəs üçün vasitəçilik edən ölkələrin İsrailin danışıqların ikinci mərhələsini təxirə salmasından narazı olduğunu bildirib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, KAN telekanalı Dohada aparılan müzakirələrdə İsrailin əsas məqsədinin böhranı önləmək olduğunu, lakin HƏMAS-ın altıncı raund məhbus mübadiləsini dayandırması səbəbindən bunun baş tutmadığını qeyd edib.

Qətər, Misir və ABŞ-ın vasitəçi rəsmilərinin İsrailin mövqeyinə və danışıqların təxirə salınmasına qəzəbləndiyi bildirilib. İsrail ordusu radiosu bu vəziyyətin Qətər və Misirin vasitəçilik səyləri üçün ciddi sınaq olduğunu vurğulayıb.

KAN xəbər verib ki, İsrail danışıqlar qrupu baş nazir Netanyahunun göstərişi ilə Dohadan geri qayıdıb. Bildirilib ki, Netzarim dəhlizinin açılmasından və İsrail ordusunun Rəfah sərhəd keçid məntəqəsindən çəkilməsindən sonra İsrailin müharibəyə qayıtmaqdan başqa təzyiq vasitəsi qalmayıb.

Qeyd edək ki, HƏMAS fevralın 15-də keçirilməsi planlaşdırılan məhbus mübadiləsini İsrailin atəşkəs öhdəliklərini yerinə yetirməməsi səbəbindən dayandırdığını açıqlayıb. Yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının ilk mərhələsində 766 fələstinli, 16 israilli və 5 tailandlı məhbus azad edilib. Üç mərhələdən ibarət razılaşmanın ilk 42 günü ərzində 1900-dən çox fələstinlinin və 33 israillinin azad edilməsi nəzərdə tutulur.

Seçilən
6
turkic.world

1Mənbələr