AZ

II.TRAMP NƏ İSTƏYİR?!(“Qısa qeydlər” silsiləsindən)

II.TRAMP NƏ İSTƏYİR?!
(“Qısa qeydlər” silsiləsindən)

Prezident Tramp nə istəyir?! -Cənab Tramp istəyir ki, Amerika xalqı yaxşı yaşasın.

Bunun üçün nə etmək lazımdır? ABŞ büdcəsini aartırmaq və ancaq Amerika xalqına xərcləmək lazımdır. Bunun yolları aşağıdakılardır:

1.ABŞ-da gəlir vergiləri azaldılmalı, ixrac rüsumları aşağı salınmalıdır. Məlum olduğu kimi, ABŞ dünyanın ən böyük istehsalşılarından biridir, bəlkə də birincisidir. Deməli, həm də dünyanın ən böyük sahibkarlar ölkəsidir. Sahibkarlar gəlir vergisi və ixrac rüsumları azaldıqca, varlanırlar, yəni yaxşı yaşayırlar.

Amma ABŞ-ın dövlət büdcəsi gəlir vergilərindən və gömrük rüsumlarından formalaşır. Deməli, nə etmək lazımdır? İlk növbədə dövlət xərclərini azaltmaq və idxal rüsumlarını artırmaq lazımdır. Trampın hökuməti də hazırda bununla məşğuldur. Hətta dövlət xərclərini azaltmaq üçün məşhur milyarder İlon Maskın rəhbərliyi ilə “Səmərəliliyin artırılması” məqsədli bir qurum da yaradılıb. Məsələn, bu qurum ABŞ dövlətinə milyardlarla səmərəsiz xərclər gətirən və bütün dünyaya qrant verən USAİD adlı təşkilatı ləğv edib, “Azadlıq” və “Amerikanın səsi” radiolarını ləğv etməyi təklif edib. Məlum olduğu kimi, sonuncular soyuq müharibə dövründə SSRİ-yə qarşı təbliğat vasitəsi kimi yaradılıb və indi bu radiolara heç kim qulaq asmır.

İdxal rüsumlarının artırılması barədə də Trampın xüsusi fərmanları var və bunlar ilk növbədə yaxın qonşulara – Meksikaya və Kanadaya qarşı tətbiq olunacaq.

2.ABŞ-a bütün dünyadan, ilk növbədə Meksikadan gələn qeyri-qanuni miqrant axınının qarşısı alınmalıdır. Bunlar ölkədə kriminal durumu nəzarətdən çıxarmaqla bərabər, həm də dövlət büdcəsi üçün əlavə və səmərəsiz xərclər yaradır. Məlum olduğu kimi, Meksikadan ABŞ-a ancaq qanunsuz miqrantlar yox, həm də qanunsuz narkotiklər daşınır. Odur ki, Prezident Tramp ABŞ – Meksika sərhədlərini möhkəmləndirmək, hətta lazım olarsa, sərhəddə yeni bir hasar çəkmək (biri artıq var!) niyyətindədir.

3.ABŞ məlum olduğu kimi, zəngin təbii sərvətlər ölkəsidir. Tram bu təbii sərvətlərin, ilk nıvbədə karbohidrogenlərin istifadəsini təklif edir. Hesab edir ki, bir oxla iki dovşan vurmaq olar. ABŞ-ın bu vaxta qədər, faktiki olaraq, konserbləşdirilmiş karbohidrogen ehtiyatları Avropa bazarına çıxır, nəticədə bütün dünyada neft və qazın qiyməti düşür. Bundan ilk növbədə amerikalı sahibkarlar qazanır, istehsal ucuzlaşır. Sona, Rusiyanın valyuta ehtiyatları azalır və Ukraynaya qarşı hərbi təcavüzü dayandırır. Vəssalam...

Qalib ARİF

Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr