“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Msport.az xəbər verir ki, yubiley qolu Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” ilə səfər oyununda qeydə alınıb.
650-ci topun müəllifi yarımmüdafiəçi Emin Mahmudov olub. Qarşılaşma “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb “Neftçi” bununla 467-ci səfər görüşündə ümumi qol sayını 651-ə çatdırıb.
Qeyd edək ki, ölkə çempionatlarında ən çox səfər qolunu “Qarabağ” vurub. Ağdam təmsilçisi “Neftçi”dən 9 top çox vurub (660).