AZ

Rusiyadakı soydaşlarımızla bağlı XƏBƏRDARLIQ – Bu şəxslər deportasiya ilə ÜZLƏŞƏ BİLƏR

Məlumdur ki, bu gün yüzminlərlə miqrant dolanışığını Rusiyadan təmin edir. Onların arasında azərbaycanlıların sayı da çoxdur. Qeyd edək ki,  fevralın 5-dən etibarən Rusiyada yeni qaydalar qüvvəyə minib.

Daxili işlər orqanlarının əməkdaşlarına əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına dair səlahiyyətlər verilib, eləcə də miqrantlarla bağlı xüsusi miqrasiya reyestri işə salınıb. Rusiyada çox sayda azərbaycanlı miqrantın olduğunu nəzərə alsaq, sözügedən tədbirlərin soydaşlarımıza qarşı da həyata keçiriləcəyi qaçılmazdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Azər Allahverənov bildirir ki, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi  zaman – zaman ölkədə yaşayan azərbaycanlılarla bağlı sisatistik rəqəm paylaşır:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada miqrantlarla bağlı QANUN TƏKLİFİ – Bu ölkədəki soydaşlarımızı NƏ GÖZLƏYİR?


“Bu rəqəm 450 – 500 min arasında dəyişir. Bunların müəyyən bir qismi hansısa bir müddətdən sonra ölkə ərazisinə qanuni əsaslarla gəlsələr belə sonrakı mərhələdə onlar əsası olmayan miqrant kimi dəyərləndirilir və düşür qanunsuz miqrant statusuna... Bu da təbii ki, həmin şəxsləri çox çətin vəziyyətə salır.

Bəllidir ki, bu qismdə olan şəxslər 5 – fevralda verilən qərardan  sonra bank köçürmələri və bu kimi digər prosseslərdə iştirak edə bilmirlər. Üzərində nəzarət gücləndirildiyində artıq onların ölkə ərazisindən çıxarılmasına dair uyğun şərait yaranmış olur. Yəni, deportasiyaya məruz qalma məsələsi var ki, hüquqi əsasları olmayan şəxslər bu halla qarşılaşa bilərlər” – deyə deputat bildirib.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr