NBA-da müntəzəm çempionatın növbəti oyununda "Los Anceles Leykers" "Yuta Cazz"a 132:113 hesabı ilə qalib gəlib.
İdman.biz xəbər verir ki, qalib komandanın heyətində debüt edən sloveniyalı Luka Donçiç 14 xal, 5 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Leykers"də ən məhsuldar oyunçu 24 xal, 7 ribaund və 8 məhsuldar ötürməyə imza atan Lebron Ceyms olub.
Bu nəticə ilə Los Anceles təmsilçisi NBA-dakı qələbə seriyasını 6 oyuna çatdırıb.
İdman.biz