"Sumqayıt Dövlət Dram Teatrı maraqlı layihə gerçəkləşdirir. "Bir kitab - bir tamaşa"! Beynəlxalq kitab bağışlama günü ilə əlaqədar fevral ayının 13-də baş tutacaq layihədə teatra kitab hədiyyə edən hər tamaşaçı "Ocaq" tamaşasına dəvətnamə əldə edəcək. Tamaşa da maraqlıdır. Türk dramaturqu Turqut Özakmanın yazdığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Ocaq" tamaşası!" "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı", "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri Elnarə Akimova deyib: "Əsasında kitab, sənət, zövq, dəyər olan hər şey gözəldir. Məncə, belə tədbirləri ənənəyə çevirmək lazımdır. Ən azı, kitaba, teatra marağı artırmaq, yeni nəslin düzgün istiqamətdə inkişafına yön vermək baxımından. Həm qurumların kitabxana fondları yeni kitablarla zənginləşər, həm də teatra maraq güclənər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31