AZ

Ötən il satınalan təşkilatlardan daxil olmuş 16 minədək yekun protokol təhlil olunub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən satınalma proseslərinin düzgün, şəffaf və qanuni əsaslarla həyata keçirilməsi istiqamətində görülən tədbirlər davam etdirilir.

Dövlət Xidmətinin məlumatına görə, 2024-cü il ərzində satınalan təşkilatlardan daxil olan 15 704 yekun protokol təhlil edilib.

Qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 2259 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 14,4 faizini təşkil edir.

Seçilən
2
vergiler.az

1Mənbələr