AZ

Tramp: "Ukrayna Rusiyanın bir hissəsinə çevrilə bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Ukraynanın nə vaxtsa Rusiyanın bir hissəsi ola biləcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, bunu Ağ Ev rəhbəri "Fox News" telekanalına müsahibəsində deyib.
O, nadir torpaq elementləri, neft və qaz, eləcə də digər resurslar baxımından Ukraynanın son dərəcə qiymətli torpaqlara malik olduğunu vurğulayıb:
"Pullarımızın qorunmasını istəyirəm, çünki yüz milyardlarla dollar xərcləyirik. Onlar saziş bağlaya bilərlər, bağlamaya da bilərlər. Nə vaxtsa Rusiyanın bir hissəsi ola bilərlər, olmaya da bilərlər, lakin pullarımız orada olacaq".
Amerika lideri Ukrayna tərəfinə ora yatırılmış pulları qaytarmaq istədiyi barədə mövqeyini çatdırdığını əlavə edib:
"Onlara dedim ki, təqribən 500 milyard dollara ekvivalent olaraq nadir torpaq elementlərini istəyirəm. Əslində bunu etməyə razılaşdılar, ona görə də ən azı axmaq görünmürük. Əks halda biz sadəcə axmaqlarıq. Mən onlara dedim: nəsə almalıyıq. Biz sadəcə bu pulları ödəməyə davam edə bilmərik".
D.Tramp, həmçinin qeyd edib ki, administrasiyası ötən həftə münaqişənin nizamlanması üçün Rusiya və Ukrayna ilə danışıqlarda böyük irəliləyiş əldə edib.
Seçilən
6
oxu.az

1Mənbələr