"Score90" futbol tarixində penaltidən ən çox qol vuran futbolçuların reytinqini dərc edib.
Publika.az xəbər verir ki, siyahıda birinci yeri karyerasında 172 penaltinu qola çevirən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo tutur. Onun 31 cəhdi uğursuz olub.
İkinci sırada “Barselona”nın və Niderland millisinin əfsanəvi mərkəz müdafiəçisi, 111 penalti zərbəsini dəqiq yerinə yetirən Ronald Kuman qərarlaşıb. O, cəmi 7 dəfə qapıya düşə bilməyib.
Hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi karyerası ərzində penaltidən 109 qol vurub və cədvəldə üçüncüdür. O da əzəli rəqibi Ronaldo kimi 31 dəfə uğursuzluq yaşayıb.