Yaponiyada son üç gündə yağan qar nəticəsində azı 4 nəfər ölüb.
Söz.az xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.
Yaponiyada qar uçqunundan sonra 160-a yaxın insanın rabitə əlaqəsinin kəsildiyi məlum olub.
Qeyd edək ki, Yaponiyada qar yağması artıq bir neçə gündür ki, fasiləsiz davam edir.