AZ

Türkiyə sunamiyə hazırlaşır - Bu ərazilərdə yaşayanlara SMS bildiriş gələcək

11:18 11.02.2025
11:18 11.02.2025

Egey dənizində baş verən zəlzələlərdən sonra Türkiyədə sunami, vulkan püskürməsi və zəlzələ xəbərdarlığı verilə bilər.

Mynews.az bu barədə Türkiyənin Fəlakətlərin İdarə Olunması İdarəsinə (AFAD) istinadən xəbər verir.

Seysmik aktivlik Santorini və Amorgos adaları arasındakı dəniz zonasında müşahidə olunur. Yanvarın 26-dan bəri Siklad adalarında 6400-dən çox zəlzələ baş verib, onlardan 4800-dən çoxunun maqnitudası 1.0-dan böyük olub.

Gözlənilən sunami təhlükələri, təkrarlanan zəlzələlər və vulkan püskürmələri fonunda Türkiyənin İzmir, Muğla və Aydın şəhərlərində mobil siren quraşdırılıb. Bundan əlavə, SMS məlumatlandırma sistemi istifadəyə verilib.


Seçilən
0
mynews.az

1Mənbələr