AZ

Tramp bütün idxal olunan polad və alüminiuma 25% rüsum tətbiq edən sərəncam imzalayıb

Vətəninfo.az  xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan bütün polad və alüminiuma 25% əlavə gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb.

“Ölkəmiz üçün polad və alüminiumun yerli istehsal olması vacibdir”. Söhbət istisnasız olaraq 25 faiz gömrük rüsumundan gedir. “Onların hansı ölkədən olmasının əhəmiyyəti yoxdur” deyə  Tramp bildirib.

“Bu, böyük bir işdir” deyən ABŞ prezidenti fərmanı imzalayaraq əlavə etdi: “Bu, biz yenidən zəngin olacağıq deməkdir”.

ABŞ-a ən böyük idxal polad tədarükçüsü Kanadadır, onu Braziliya, Meksika, Cənubi Koreya və Vyetnam izləyir.

NBC telekanalı qeyd edir ki, Trampın ilk administrasiyası dövründə tətbiq etdiyi polad və alüminium tarifləri milli təhlükəsizlik mülahizələri ilə izah edilsə də, bu dəfə Tramp “iş yerlərinin yaradılması və ABŞ-ın ticarət kəsirinin azaldılması zərurətindən” bəhs edib.

Seçilən
15
veteninfo.az

1Mənbələr