Rusiyanin Kalininqrad vilayətində 36 yaşlı ata, 14 yaşlı qızının dırnaqlarını kəlbərinlə çıxarıb.
Medianews.az xəbər verir ki, buna səbəb yeniyetmənin manikür etməsi olub.
Qızın anası polisə müraciət edib. Məlum olub ki, kişinin keçmiş həyat yoldaşından iki övladı var. Cütlük 5 il əvvəl boşansa da, vətəndaş nikahında yaşamağa davam edib. Qadın, keçmiş ərinin mütəmadi olaraq qızlarını, eləcə də onu olduqca mürəkkəb üsullarla döydüyünü bildirib.
Kişi əvvəllər iki dəfə – silah satmaq və zorakılıqla hədələmək ittihamı ilə məhkum edilib.
Həmin şəxsə qarşı “İşgəncə” maddəsi ilə cinayət işi açılıb.
Keçmiş arvadının döyülməsi ilə bağlı cinayət işinin başlanması məsələsi də həll edilir.
Medianews.az