AZ

Səfir: “İran Ermənistana sadiqdir”

“Sevindirici haldır ki, İran və Ermənistan arasında xüsusi münasibətlər uzunmüddətli əlaqələrə, mehriban qonşuluğa, etimad və qarşılıqlı anlaşmaya əsaslanır”. 

“Cebhenfo.az” xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani fevralın 10-da İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən qəbulda deyib.

“Biz çalışacağıq ki, bu il İrana üçüncü elektrik verilişi xəttinin tikintisini başa çatdıraq və istifadəyə verək. İran hər zaman regionda sülh və sabitliyin, beynəlxalq sərhədlərin toxunulmazlığının və Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsi mövqeyinə sadiqdir və bu mövqeyini vurğulayır”, - deyə səfir qeyd edib.

Seçilən
3
cebheinfo.az

1Mənbələr