İsrail ordusu yanvar ayında işğal altındakı İordan çayının qərb sahilində 580 fələstinlini saxlayıb.
Məlumata görə, saxlanılanlardan 17-si qadın, 60-ı uşaqdır. Saxlanılan 4 fələstinlinin də həyatını itirdiyi bildirilib.
İsrailin 2023-cü ilin 7 oktyabr tarixindən etibarən İordan çayının qərb sahilində saxladığı fələstinlilərin sayı 15.500-ə çatıb. Bildirilib ki, saxlanılanlardan 455-i qadın, 1115-i isə uşaqdır.