AZ

Qərbi Azərbaycana qayıdış Azərbaycanın dövlətçilik tarixinin qüdrəti olacaq- ÖZƏL

"Qərbi Azərbaycana qayıdış Azərbaycanın dövlətçilik tarixinin qüdrəti olacaq, milli ruhun təntənəsi olacaq, pozulmuş hüquqların bərpası olacaq. Bu qayıdış illərdən sonranın qayıdışı kimi dünya ictimaiyyətinin də izləyəcəyi qayıdış olacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasıyeva deyib: "Ermənilik həmişə təhlükələrdən mühafizə tələb edib. Bu qayıdışın da təhlükəsizliyinin bütün çalarları ilə nəzərə alınması, dövləti ləyaqətlə davam etdiriləcəyinə zamanət verilməsi üçün beynəlxalq aləmdə hərtərəfli, sistemli, kəsilməz fəaliyyət göstərilməsi zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq".

Dövlət başçısı müxtəlif çıxışlarında iki əsrdən də çox bir zamanın o üzündə qalmış ədalətsizliyin unudulmadığını, xalqın heysiyyət yaddaşında qaldığını, olmuşlrdan olacaqlara ruhun çağırışı eşidiləcəyini də həmişə qətiyyətlə bildirib. Xalq bunların dövlətin, dövlətçiliyin adından deyildiyinə əminliklə inanıb ki, "kələklə gələn küləklə gedir".  Prezident İlham Əliyevin qətiyyətlə dediyi kəlamlar zamanın tarixə xəbərdarlığıdır: "Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr