AZ

"Maraqlı oyuna şahid olduq" - Arif Əsədov DANIŞDI

"Dünən çox maraqlı, drammatik, dinamik oyun keçdi". Bunu SİA-ya Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis bildirib ki, oyunun sonluğu daha maraqlı keçib: "Ümumilikdə bərabər səviyyəli bir matç baş tutdu. Epizodlarla ya "Zirə", ya da "Neftçi" üstünlüyə yiyələnirdi. Oyunun gedişatı heç-heçəni göstərirdi. "Neftçi"nin vurduğu qoldan sonra matçın tempi daha da artdı. Sanki ona kimi komandalar heç-heçəyə razı idilər. "Zirə" bundan sonra sürəti artırdı. Oyun Bakı təmsilçisinin xeyrinə bitdi".

Onun sözlərinə görə, "Neftçi"də son zamanlarda irəliləyiş hiss olunur: "Burada xüsusi ilə komandanın ruh yüksəkliyi gözə çarpırdı. Son vaxtlar Samir Abbasov meydana yerli 7 futbolçu buraxmaqla sanki o "Neftçi" ruhunu qaytarmağı göstərir. Burada da əksini görürük. Bu gedişat yaxşı bir haldır. "Zirə"də kubokdan sonra ki, bu məğlubiyyət komanda da enişə səbəb olmur. Bu halların olması normaldır. Düşünürəm ki, komanda toparlanmalıdır. Ola bilər ki, "Qarabağ" la məğlubiyyətdən sonra o abu-havada qalıblar. Ümumilikdə maraqlı oyuna şahid olduq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 22-ci turunda "Neftçi" səfərdə "Zirə" üzərində 2:1 hesablı qələbə qazanıb.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
3
sia.az

1Mənbələr