AZ

Daha bir bölgədə müharibə riski: ABŞ sualtı qayıq göndərdi

ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə diplomatiyaya qayıdıb-qayıtmayacağı hələ də maraq mövzusu olarkən Koreya yarımadasında gərginlik artıb. Şimali Koreya Müdafiə Nazirliyi ABŞ-ın bölgəyə nüvə sualtı qayığı yerləşdirdiyini iddia edib.

Publika.az xəbər verir ki, nazirliyin açıqlamasında ABŞ-ın Koreya yarımadası və ətraf ərazilərdə faktiki hərbi münaqişəyə səbəb ola biləcək düşmən hərbi hərəkətləri ilə bağlı ciddi narahatlıq olduğu vurğulanıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri nüvə enerjisi ilə işləyən “Alexandria” sualtı qayığı sursat təchizatı bəhanəsi ilə Cənubi Koreyanın Busan şəhərinə yanaşıb:

"ABŞ nüvə sualtı qayığının bu il Koreya yarımadasında ilk açıq şəkildə görünməsi, ABŞ-ın Şimali Koreyaya qarşı dəyişməz müqavimətinin açıq ifadəsidir. Bu, Şimali Koreyanın təhlükəsizliyi üçün danılmaz təhdiddir və regionda hərbi gərginliyi artıran, sabitliyi pozan amildir.

Seçilən
2
publika.az

1Mənbələr