AZ

ABŞ Avstraliyanın alüminium və poladına tarifləri ləğv edəcək

Vaşinqton Avstraliyanın ABŞ-ın alüminium və polad idxalına rüsum tətbiq etdiyi ölkələr siyahısından çıxarılmasını nəzərdən keçirməyə razılaşıb...

 

Poliqon xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albaneze bildirib.

Hökumət başçısının sözlərinə görə, ABŞ prezidenti Donald Trampla söhbəti zamanı o, Avstraliyanın sanksiyalar siyahısından çıxarılmasının lehinə arqumentlər təqdim edib və Tramp bu məsələni hər iki ölkənin maraqlarına uyğun hesab etməyə razılaşıb.

Albanese qeyd edib ki, o, ABŞ prezidenti ilə Avstraliyada əsas faydalı qazıntıların çıxarılması məsələsini müzakirə edib. O, ölkəsinin ABŞ-a minerallar, polad və alüminium tədarükündə mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, fevralın 11-də Tramp ABŞ-dan polad və alüminium idxalına 25%-lik gömrük rüsumları tətbiq edən sərəncam imzalayıb.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr