AZ

“Neftçi”nin yeni hücumçusu: “Klub, komanda və azarkeşlər üçün əlimdən gələni edəcəm”

Misli Premyer Liqasının XXII turunun “Zirə” – “Neftçi” matçından (1:2) sonra “ağ-qaralar”ın yeni transferi Bassalu Sambu apasport.az saytına müsahibə verib. 

- “Neftçi”nin heyətində ilk matçına çıxdın və qələbə qazandınız. Oyunu necə şərh edərdin?

- Yaxşı oyun alındı. Komanda olaraq uğurlu matç keçirdik. Qarşılaşmanın əvvəlindən sonunadək peşəkarlığımızı qorumağı bacardıq. Ağır işin öhdəsindən gəldik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Qələbə qazanacağımıza inanırdıq, öz aramızda etdiyimiz müzakirələrdə də bu barədə danışırdıq. Bütün futbolçular əllərindən gələni etdilər. Bu komandanın parçası olduğum üçün qürur duyuram.

- Komanda barədə nə deyə bilərsən? Adaptasiya problemi yaşamadın?

- Mükəmməl komandamız var. Futbolçular çox keyfiyyətli və təcrübəlidirlər. Yeni gələnlər üçün bu kollektivə uyğunlaşmaq asandır. Necə ki, mən rahatlıqla adaptasiya oldum. Bir şeyə ehtiyacın olduqda burda hər kəsə sənə kömək edir. 

- Növbəti rəqib “Qarabağ”dır. Derbi barədə düşüncələrin necədir?

- “Qarabağ” böyük komandadır. Bizim üçün çox önəmli matç olacaq. Bu oyunu səbrsizliklə gözləyirəm. 3 xal üçün əlimizdən gələni edəcəyik. Komanda olaraq ən yaxşı tərəfimizi ortaya qoyacağıq. 

- “Neftçi”nin çempionatdan avrokuboklara vəsiqə qazanması inandırıcı görünmür. Ümid ölkə kubokuna qalır. Səncə, avrokuboklara yollanmağınız nə dərəcə realdır? 

- Hazırda yalnız qarşıdakı matçlara fokuslanmışıq. Avrokuboklara getmək əsas hədəfimizdir. Amma indi yalnız növbəti oyunları düşünməliyik. Öncə “Qarabağ”la qarşılaşacağıq, ardınca kubok görüşümüz var. Klub, komanda və azarkeşlər üçün əlimdən gələni edəcəm. 

- Kubokda rəqibiniz köklü Azərbaycan klubudur. 1/4 final mərhələsinin “Kəpəz”lə ilk matçını izləmisən?

-  Bəli, həmin matça baxmışam. İndi də ağır oyun olacaq. Əsas hədəfə doğru irəliləmək istəyirik. Üzərimizdə olan məsuliyyəti dərk edirik. Həmin matçda da qələbə qazanıb, finala bir addım da yaxınlaşmaq niyyətindəyik. 

Qeyd edək ki, ingiltərəli hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

İsmayıl Xeyrullayev

Millimiz heç-heçə edib

“Neftçi”dən növbəti transfer - rəsmi

“Neftçi” uğursuz seriyaya son qoydu

Mahmudov “Neftçi”nin tarixinə düşdü

Samir Abasov: “ Martın 22-si demişdim, ancaq onu deməmişdim”

Seçilən
3
apasport.az

1Mənbələr