AZ

DƏHŞƏT: sərnişin avtobusu aşdı, 51 nəfər öldü

Mərkəzi Amerika ölkəsi Qvatemalada 75 sərnişini daşıyan avtobus Puente Belice magistral körpüsündən dərəyə düşüb.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, qəza nəticəsində azı 51 nəfər həyatını itirib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və xilasetmə qrupu göndərilib. 

Qvatemala prezidenti Bernardo Arevalo faciə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirərək, ölkədə 3 günlük matəm elan edildiyini açıqlayıb.

Prezident həmçinin, ordu və fövqəladə hallar qurumlarını xilasetmə işlərinə dəstək üçün səfərbər edib.

Nuriyyə Musayeva

Seçilən
2
bakivaxti.az

1Mənbələr