AZ

Un bahalaşdı

Azərbaycanda fevral ayının 10-na unun son topdansatış qiymətləri məlum olub.

Publika.az Trend-ə istinadən xəbər verir ki, fevralın 10-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,50-28,20 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).

"Dəvəçi-Taxıl" MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.

Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,20 manat (10 qəpik baha);

"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,40 manat (25 qəpik baha);

"AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,3 manat (15 qəpik baha);

"KARAT HOLDİNQ" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,3 - 27,4 manat (15 qəpik baha);

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26,8 manat (20 qəpik baha);

Seçilən
0
49
publika.az

10Mənbələr