AZ

“Kinqisepp Maşınqayırma Zavodu” hərbi texnika üçün dizel mühərriklərini modernləşdirib

“Kinqisepp Maşınqayırma Zavodu” hərbi-sənaye holdinqi 2025-ci ildə xüsusi hərbi əməliyyatın ehtiyacları üçün təkmilləşdirilmiş hərbi texnika mühərriklərinin ilk böyük partiyasını uğurla sınaqdan keçirib.

Herbiand.az bildirir ki, bu barədə TASS-a şirkətin mətbuat xidməti məlumat verib.

Söhbət UTD-20, V-84, V-46, D-12 dizel mühərriklərindən gedir.

“Mühərriklərin böyük partiyası sınaqlardan uğurla keçib və döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır. Mühərriklər sınaq yerlərində maksimal sürətə çatıb”, - mətbuat xidməti bildirib.

Bu mühərriklər BMP (piyada döyüş maşını), BMD (hava desant döyüş maşını), “Osa” hava hücumundan müdafiə sistemi, 2S7M “Malka” özüyeriyən artilleriya qurğusu, “Msta-S” artilleriya qurğusu, T-72B tankı, S-300 zenit-raket sisteminin qoşqusu, MA3-543 və s. kimi xüsusi texnikalarda fəal şəkildə istifadə olunur.

“Kinqisepp Maşınqayırma Zavodu” mülki və hərbi təyinatlı dizel aqreqatlarının zəmanətli və fasiləsiz işini təmin etmək üçün bir sıra xidmətlər göstərir. Şirkət dizel mühərriklərinin təmiri və texniki xidməti ilə məşğul olur. Bundan başqa zavod mühəndis avadanlıqlarının əsaslı təmiri üçün bir sıra dövlət müdafiə müqavilələri üzrə aparıcı podratçıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr