AZ

Aİ üzv dövlətlərə daha çox xərcləmə səlahiyyətləri verəcək

Avropa İttifaqı trilyon avroluq büdcəsinə əsaslı şəkildə yenidən baxmağı və üzv dövlətlərə daha çox xərcləmə səlahiyyətlərini verməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Proqramın müəllifləri müdafiə xərcləri və böyük borc ödənişləri üzrə artan tələbləri ödəmək üçün daha ölçüsü və strukturu baxımından iddialı növbəti büdcənin (2028-2034) hazırlanmasına çağırır.

Nəşrin məlumatına görə, Avropa Komissiyası gözlənilməz problemlərin həlli üçün daha çox çeviklik təmin edəcək 50-dən çox məcburi xərcləmə proqramını üç əsas fondda birləşdirərək büdcənin strukturunu kökündən dəyişmək istəyir. Bu, üzv dövlətlərin hökumətlərinə layihələr, o cümlədən ənənəvi olaraq Brüssel ilə yerli hökumət səviyyəsində razılaşdırılmış layihələrlə bağlı qərar vermək üçün daha çox sərbəstlik verəcək.

Türkan İSGƏNDƏRLİ

Seçilən
1
redaktor.az

1Mənbələr