AZ

Valideynlərə xəbərdarlıq: “Bu, şagirdin uşaqlığını əlindən alır” 

“Biz təhsilin elə bir dövrəsinə gəlib çatmışıq ki, uşaqlar sanki məktəb yoxmuş kimi sinifdən repetitor yanına gedirlər. Bu, təhsilin uğursuzluğu deyilmi? Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur?”

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert repetitorluğun ləğvi halında təhsildə yaranacaq vəziyyətə diqqət çəkib:

“Repetitorluq tədricən ləğv olunarsa, yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi?

Hazırlıq sisteminin ləğvi problemi həll etməyəcək. Təhsil keyfiyyətli olmadan, repetitorluğu ləğv etməyə çalışmaq, xəstəlik müalicə olunmadan dərmanı kənara atmaq kimidir. Məktəbdə elə təhsil verilməlidir ki, repetitora ehtiyac yaranmasın”.

Kamran Əsədov bildirib ki, şagirdlərin ibtidai sinilərdə repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır:

“Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun. Əgər məktəblər yetərincə güclü olarsa, repetitorluq azalacaq. Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə, biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır!”//globalinfo.az


Seçilən
14
5
referans.az

10Mənbələr