AZ

SEPAH Nəcəfdə gizli görüş keçirib - Bu prezidentə qarşı sui-qəsd müzakirə olunub

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalları və Əsəd rejiminin yüksək səviyyəli komandirləri Nəcəf şəhərində gizli görüş keçiriblər.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, görüşə terror təşkilatları PKK, İŞİD, Haşd əş-Şaabi və Hizbullah tərəfindən də dəstək verilib.

Belə ki, SEPAH-ın keçmiş komandanı, İranın Dəməşqdəki son səfiri general-mayor Hüseyn Əkbərinin rəhbərlik etdiyi dörd nəfərlik heyət ötən həftə Nəcəfdən olan şiə iş adamına məxsus villada keçirilən görüşdə iştirak edib. SEPAH-ın komandanı Əmir Əli Hacızadənin də iştirak etdiyi iclasa Tehran Xüsusi Kəşfiyyat Əməliyyatları Direktoru da qatılıb. Devrilmiş Əsəd rejiminin komandirləri general-mayor Əsəd əl-Əli, general-mayor Məhəmməd Huluf, briqada generalı Adil Serhan, briqada generalı Abdullah Menaf əl-Həsən və briqada generalı Məhəmməd Sermini də görüşdə iştirak edənlərdən olublar.

KİV yazır ki, sözügedən toplantıda bir sıra qərarlar qəbul edilib. 

"İran kəşfiyyatının təşkilatı ilə bir araya gələn tərəflər iki günlük danışıqlardan sonra yol xəritəsi müəyyən ediblər. İran qanadı ilk növbədə Suveyda, Latakiya, Tartus, Homs, Rakka, Haseke və Deyr əz-Zor bölgələrində dini və etnik fərqləri aradan qaldırmaq istəyib. İranlı generallar Suriya generallarına şərqdəki Deyr əz-Zor-əl-Bukamal və Həsəkə-əl-Qaim-Rabia-Malikiye qapılarından silah, sursat, terror və logistik dəstək vəd edib, qərbdə lazım olan hər şeyin Homs-Quseyr və Tartus və Latakiya şəhərlərindən dəniz yolu ilə təmin ediləcəyini bildiriblər. Dürzilərlə qiyamla bağlı danışıqların davam etdiyini qeyd edən iranlı generallar bütün məsələlərdə PKK ilə həmfikir olduqlarını və yaxın vaxtlarda Suriyada bəzi təəccüblü hadisələrin inkişaf edəcəyini qeyd ediblər. Əsəd generalları da PKK ilə təmaslarının davam etdiyini və hər cür əməkdaşlığın mümkün olduğunu bildiriblər. Digər tərəfdən, Latakiya, Cəbəl Ələviyyun, Sahel və Tartusda 50-dən çox anbar və çoxlu hücrə quruluşunun üsyana hazırlaşdığı paylaşılıb",-məlumatda deyilir.

Seçilən
2
1
azpolitika.info

2Mənbələr