AZ

Anar: "Elxan Elatlının ərizəsindən xəbərim yoxdur" - Açıqlama

Yazıçı Elxan Elatlı Kulis.az-a müsahibəsində Yazıçılar Birliyinə təqaüd və ev üçün müraciət etməyindən danışıb. O bildirib ki, bunun üçün AYB-yə iki dəfə ərizə yazsa da, heç birinə baxılmayıb:

"Sonra heç vaxt heç nə üçün ağız açmamaq qərarına gəldim. Yazıçılara pis münasibət mənə çox təsir edir. Hətta mənimlə yola getməyən, məni tənqid edən yazıçılara qarşı da pis rəftar edildiyini görmək məni incidir".

Bu məsələ haqqında AYB-nin sədri, Xalq yazıçısı Anarla telefonla əlaqə saxlayıb məsələni dəqiqləşdirdik:

- Anar müəllim, Elxan Elatlı müsahibəsində deyib ki, təqaüd və evlə bağlı AYB-yə müraciət edib, ərizələrinə baxılmayıb.

- Mənim Elxan Elatlının heç bir ərizəsindən, müraciətindən xəbərim yoxdur.

- Yəni, sizə heç məlumat verilməyib bu barədə?

- Bunu mənə bildirsəydilər belə, yaxın vaxtda ev məsələsi yoxdur, təqaüdə baxarıq, imkan varsa, edərik.

- Anar müəllim, məncə, Elxan Elatlı bu müraciəti indi yox, daha öncələr edib, sadəcə, indi deyir ki, vaxtilə müraciət etmişəm, ərizəmə baxılmayıb.

- Əgər çoxdan eləyibsə, indi niyə yadına düşüb..?

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi tərəfindən sonuncu dəfə iki il öncə bir neçə yazıçıya və Yazıçılar Birliyinin işçilərinə ev verilmişdi.

Seçilən
7
1
kulis.az

2Mənbələr