AZ

Səhər yeməyi yeməmək psixi sağlamlığı pisləşdirə bilər

Xi'an Jiaotong Universitetinin (Çin) alimləri səhər doqquzdan sonra səhər yeməyi yeyən insanların depressiya əlamətlərinin artıdığını bildiriblər. 

"Unikal" xəbər verir ki, işin nəticələri "The Journal Of Affective Disorders" (JAD) jurnalında dərc olunub.

Tədqiqatçılar 11 il ərzində təxminən 24.000 yetkin könüllünün yemək vərdişlərini təhlil edib və onların sağlamlıqlarında baş verən dəyişiklikləri izləyiblər. Alimlər subyektlərin səhərlər müntəzəm olaraq səhər yeməyi yeyib-yemədiklərini, həmçinin ilk yeməyi nə vaxt yediklərini qeyd ediblər.

Məlum olub ki, səhər saat 9-dan sonra səhər yeməyi yeyən kişi və qadınların əhval-ruhiyyəsinin pisləşməsi və psixi sağlamlıq problemi olma ehtimalı ilk yeməyi 8:00-dan əvvəl bitirənlərə nisbətən demək olar ki, üçdə bir dəfə çoxdur. Həmçinin məlum olub ki, səhər yeməyini tamamilə atmaq da psixoloji vəziyyətə və emosional fona eyni zərərli təsir göstərir.

Elm adamları səhər yeməyini gecikdirməyin və ya onu atlamanın yuxu problemlərinə, fiziki fəaliyyətin azalmasına və ya həyatda motivasiyanın azalmasına səbəb ola biləcəyini irəli sürüblər.

Seçilən
25
2
unikal.az

3Mənbələr