Sambo üzrə Avropa çempionatının keçiriləcəyi yer müəyyənləşib.
İdman.biz xəbər verir ki, samboda ilin əsas qitə turniri aprelin 23-27-də Kiprin Limassol şəhərində keçiriləcək.
Yarış kadetlər və yeniyetmələr arasında olacaq.
Məkan olaraq "Apollon" basketbol klubunun arenası seçilib.
Avropa çempionatında Azərbaycan komandasının da iştirakı gözlənilir.
İdman.biz