İtaliya A Seriyasının XXIV turu çərçivəsində "İnter" "Fiorentina"nı qəbul edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 28-ci dəqiqəsində Ponqraciçin avtoqolu nəticəsində "İnter" önə keçib. 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Mandraqora oyuna tarazlıq gətirib. Arnautoviç isə 52-ci dəqiqədə fərqlənməklə görüşdə yekun hesabı müəyyənləşdirib.
Bu qələbə ilə "İnter" lider "Napoli"dən bir xal geridə qalır.