AZ

Məşhur basketbolçu yeni komandasında debüt edib

Bakı, 11 fevral, AZƏRTAC

Sloveniyalı basketbolçu Luka Donçiç NBA təmsilçisi "Los-Anceles Leykers”də debüt edib.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı oyunçu “Yuta Cazz”la oyunda 23 dəqiqə meydanda olub. Ulduz basketbolçu komandasının 132:113 hesabı ilə qalib gəldiyi matçda 14 xal, 5 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Luka Donçiç 2018-2025-ci illərdə “Dallas Maveriks”in şərəfini qoruyub.

 

Seçilən
3
azertag.az

1Mənbələr