AZ

Rusiyalı nazir xüsusi əməliyyat zonasında minaya düşərək ayağını itirib

Yakutiyanın gənclərlə iş və sosial kommunikasiyalar naziri Petr Şamaev xüsusi hərbi əməliyyat zonasında minaya düşüb.

Herbiand.az bildirir ki, məmur bu barədə Telegram-da danışıb.

Şamaevin sözlərinə görə, fevralın 1-də səhər saatlarında duman zamanı həyata keçirilməli olan kəşfiyyata gedib: “Birinci gedirdim və piyada əleyhinə minaya düşdüm. Rahat idim. Əvvəllər orada gəzmişdim, fikirləşirdim ki, ərazini tanıyıram”.

Partlayışdan sonra Momon ləqəbli əsgər yoldaşı onu 4 km-dən çox kürəyində aparıb. Şamaev növbəti üç günü Belqoroda əməliyyat üçün xəstəxanalarda dayanıb. Yalnız fevralın 5-nə keçən gecə Moskvada olub və yenidən əməliyyata məruz qalıb.

“Ayağı bir az da qısaltdılar. Bu, məncə, artıq dördüncü əməliyyatdır. Mümkündür ki, yenə olsun”- nazir yazıb. Yazıya fotoşəkillər də əlavə edilib. Fotoda onun sağ ayağını dizindən aşağı itirdiyi görsənir.

Şamaev əlavə edib ki, özünü daha yaxşı hiss edir və artıq əlil arabasında oturub hərəkət edə bilir. Ancaq onun sözlərinə görə, “evə getmək təxirə salınır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
33
3
herbiand.az

4Mənbələr