AZ

Tramp ABŞ-ın 500 milyard dollarını qaytarmaq istəyir: "Ukrayna Rusiya ərazisi olsa belə"

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın "nə vaxtsa Rusiya olacağı" hesabına belə olsa, Birləşmiş Ştatların pullarını geri qaytarmaq istəyir.

"Nyu York Post" qəzetinin yazdığına görə, Ukrayna aldığı hərbi yardımın müqabilində yeraltı sərvətlərini Vaşinqtona verməyə razı olub.

Tramp "Foks Nyus" kanalına müsahibəsində deyib: "Onlar fövqəladə dərəcədə qiymətli nadir minerallara, metal, neft və qaza malikdirlər. Ukraynaya yüz milyardlarla dollar xərcləyirik, istəyirəm ki, bizim pullarımız qorunsun".

Qəzetin yazdığına görə, 78 yaşlı Tramp Moskva ilə Kiyev arasında sülh müqaviləsinin bağlanıb-bağlanmamasından asılı olmayaraq, Ukraynanın yeraltı sərvətlərindən Birləşmiş Ştatların pay almasında təkid edib. Tramp deyib: "Onlar müqavilə imzalaya bilərlər. Razılaşmaya da bilələr. Nə vaxtsa Rusiyanın ola da bilərlər, olmaya da. Lakin bizimUkraynada pulumuz var və mən onları qaytarmaq istəyirəm. Onlara dedim ki, təxminən 500 milyard dollar dəyərində nadir yeraltı sərvətlərini almaq istəyirəm. Onlar da əslində bununla razılaşdılar".

Hürr Tərcüman

 

Seçilən
59
2
hurriyyet.az

3Mənbələr