AZ

Ruslar hücum etdi: Ukraynanın enerji sektoru iflic vəziyyətə düşdü

Rusiya ordusu enerji və qaz infrastrukturu obyektlərinə hücum etdiyindən Ukraynada elektrik enerjisinin verilişində fasilələr yaranıb 

Ölkə.Az xəbər verir ki, bu barədə energetika naziri German Qaluşenko məlumat verib.

"Ukraynanın enerji sisteminə növbəti hücum. Gecə düşmən qaz infrastrukturuna hücum edib. Bu gün səhər saatlarına kimi enerji sektoru hədəfə alınmaqda davam edir", - nazir bildirib.

Qaluşenko vurğulayıb ki, enerji sistemi üçün mümkün nəticələri minimuma endirmək üçün fövqəladə elektrik təchizatı məhdudiyyətləri tətbiq edilib. 

Nazirin sözlərinə görə, təhlükəsizlik vəziyyəti aradan qaldırılan kimi elektrik enerjisi veriləcək.

Mürtəza
Ölkə.Az

Seçilən
5
2
olke.az

3Mənbələr