AZ

Paşinyanın Sərkisyan planı “suya düşdü” – Qərar elan edildi

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana qarşı açılmış cinayət işi bağlanıb.

Olaylar.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın İstintaq Komitəsi açıqlayıb.

Nəşr yazır ki, Baş nazir Nikol Paşinyan Sərkisyanın prezidentliyi dövründə 42 milyon dollar dəyərində istifadəyə yararsız silahların alındığını bəyan etmiş və bu istiqamətdə ittiham irəli sürülmüşdü:

"Paşinyan bu silahlarla bağlı Sərkisyana qarşı ilk ictimai ittihamı 2020-ci ilin martında keçirilən mitinqlərdən birində səsləndirib. Baş nazir qeyd edib ki, üçüncü prezidentin dövründə Ermənistan 42 milyon dollar dəyərində silah alsa da, onların istifadəyə yararsız və "sadəcə metal qırıntıları" olduğu ortaya çıxıb. Daha sonra o, bununla bağlı cinayət işi açıldığını da bildirib".

Agentlik hüquq-mühafizə orqanları əməkdaşlarının təxminən 5 illik araşdırmadan sonra işi bağlamaq qərarına gəldiyini vurğulayıb: "Məsələ əvvəlcə Milli Təhlükəsizlik Xidmətində araşdırılıb, sonra iş İstintaq Komitəsinə verilib. İstintaq isə silahların yararsız olduğunu sübut edə bilməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr