AZ

Azərbaycanda yüklərin sığortası üzrə ödənişlər 8,4 dəfə artıb

Azərbaycanda 2024-cü il üzrə yüklərin (nəqliyyat) sığortası üzrə ödənişlər 1 milyon 762 min manat təşkil edib.

Fins.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu, 1 milyon 551 min manat və ya 8,4 dəfə artım deməkdir. Müqayisə üçün, 2023-cü il ərzində bu rəqəm cəmi 21 min manat olub.

Zərərlilik göstəricisi də yüksələrək 25%-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur. 2023-cü ildə bu göstərici 4% idi.

Fuad Mədətov
Fins.az

Seçilən
12
fins.az

1Mənbələr