AZ

IDEX-2025: “Kalaşnikov” konserni SKAT 350M pilotsuz uçuş aparatını nümayiş etdirəcək

“Kalaşnikov” konserni 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək IDEX-2025 beynəlxalq müdafiə sənayesi sərgisində SKAT 350M pilotsuz uçuş aparatını (PUA) nümayiş etdirəcək.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, gecə-gündüz havadan kəşfiyyatın aparılması üçün nəzərdə tutulmuş SKAT 350M PUA-nın yüksək səmərəliliyi onun xüsusi hərbi əməliyyat zonasında istifadəsi ilə sübut olunub.

Kəşfiyyat məqsədli PUA olan SKAT 350M özünü sübut etmiş “Supercam 350” pilotsuz uçuş aparatının dərin modernləşdirilmiş versiyasıdır. İstehsalçının sözlərinə görə, PUA-nın idarə edilməsində praktiki təcrübəni nəzərə alan “Kalaşnikov” mütəxəssisləri SKAT 350M-də aerodinamik xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar və yerüstü idarəetmə avadanlığı kompleksini modernləşdiriblər.

PUA yeni qanad dizaynı və idarəetmə elementləri alıb, habelə onların mexaniki gücü və əməliyyat etibarlılığı artırılıb. Kompleksin bir çox funksiyaları avtomatlaşdırılmışdır ki, bu da operatorun təlimini və sonrakı işini asanlaşdırır.

SKAT 350M daha yüksək performans xüsusiyyətlərinə malik yeni hədəf yükündən istifadə edir, həmçinin gündüz və termal kameraların işini yaxşılaşdıran texniki həllər tətbiq edir. Yenilənmiş alqoritmlərə malik müasir modul operatorun hədəfləri aşkarlamağını və davamlı şəkildə izləməyini asanlaşdırır.

Əsas performans xüsusiyyətləri:

Qanad genişliyi – 3.2 m

Uçuş məsafəsi – 240 km

Sürət – 72-120 km/saat

Mühərrik növü – elektrik

Maksimum uçuş çəkisi – 15 kq

Uçuş hündürlüyü – 300-2000 m

Buraxılış qurğusu – elastik katapult/pnevmatik katapult

Eniş – avtomatik və ya yarı avtomatik rejimlərdə paraşütlə

Seçilən
14
poliqon.az

1Mənbələr