AZ

Türkiyə Prezidentinin fevralın 12-dən Pakistana iki günlük səfəri başlayacaq

İslamabad, 11 fevral, Hilal Əhməd, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə fevralın 12-dən Pakistanda ikigünlük səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Prezident Ərdoğanı nazirlər, yüksəksəviyyəli rəsmilər, eləcə də korporativ liderlər daxil olmaqla, yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edəcək.

Səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər. Sessiyanın yekununda Birgə Bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir. Hər iki lider, həmçinin mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir Məhəmməd Şahbaz Şərif və Pakistan Prezidenti Asif Əli Zərdari ilə də ikitərəfli görüşləri nəzərdə tutulub. Onlar hər iki tərəfdən aparıcı investorları, şirkətləri və iş adamlarını bir araya gətirərək Pakistan-Türkiyə Biznes və İnvestisiya Forumunda çıxış edəcəklər.

Qeyd edək ki, Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurası ölkələr arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə strateji istiqamət verən qərar qəbuledici forumdur. Şuranın nəzdində bir sıra Birgə Daimi Komitələr mövcuddur; bu sıraya ticarət, investisiya, bank işi, maliyyə, mədəniyyət, turizm, enerji, müdafiə, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya texnologiyaları, səhiyyə, elm, texnologiya və təhsil sahələri daxildir. İndiyədək Şuranın altı iclası keçirilib.

Seçilən
7
4
azertag.az

5Mənbələr