ABŞ prezidenti Donald Tramp ölkəyə idxal edilən bütün polad və alüminiuma əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Ölkəmiz üçün polad və alüminiumun öz ərazisində istehsal olunması vacibdir.“Hansı ölkədən olmasından asılı olmayaraq, istisnasız 25 faiz tariflər tətbiq ediləcək. Bu, böyük bir işdir”, - Tramp bildirib.