AZ

Alimlər Vezuvi vulkanında karbonlaşmış perqament yazılarını AI vasitəsilə deşifrə ediblər

Bakı, 11 fevral, AZƏRTAC

Böyük Britaniya alimləri zərif əlyazmaları deşifrə etmək məqsədilə süni intellektdən istifadə edərək təxminən 2000 il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində yanmış qədim perqament vərəqlərinin deşifrə edilməsində mühüm bir irəliləyiş əldə ediblər.

AZƏRTAC “Science” elmi portalına istinadla xəbər verir ki, Oksford Universitetinin “Bodleian” kitabxanalarının və “Vesuvius” qrupunun tədqiqatçıları eramızın 79-cu ilində baş vermiş fəlakətli hadisə nəticəsində karbonlaşan perqament vərəqlərini deşifrə ediblər və hazırda onun mətninin mükəmməl tərcüməsi ilə məşğuldurlar.

Ekspertlər “X-rays” şüalarının təsviri və süni intellekt alqoritmlərinin birləşməsi sayəsində bükülmüş formada olan sənədi zədələmədən açmağa müvəffəq olublar. Bu, “Herculaneum” adlı perqament vərəqlərinin qeyri-invaziv rəqəmsal bərpasında irəliləyiş deməkdir. Perqament vərəqləri xüsusi qutuya yerləşdirilərək İngiltərənin Oksfordşir şəhərindəki “Diamond Light Source” kompleksinə çatdırılıb. Sonra onları son dərəcə parlaq işıq şüaları yaradan və sənədin məzmununun qeyri-invaziv görünüşünü təmin edən sinxrotron texnologiyası vasitəsilə skan ediblər.

Süni intellekt sistemi sayəsində rəqəmsal olaraq yenidən qurulan perqament vərəqlərində skan məlumatlarında olan nümunələri müəyyən etmək üçün neyron şəbəkə vasitəsilə mürəkkəb izlər təhlil olunub. Bu, həmçinin alimlərə qədim sənədin mürəkkəbini aydın şəkildə üzə çıxarmağa və yazılmış hərfləri açmağa imkan verib.

Seçilən
1
azertag.az

1Mənbələr