AZ

Paşinyan zəmanət almağa çalışır

İki gün əvvəl ABŞ-dən qayıdan Nikol Paşinyan işgüzar səfərlə Fransaya gedib.

Bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Rəsmi açıqlamaya görə, Paşinyan Süni Zəka Fəaliyyət Sammitində iştirak edəcək. Fransa prezidenti Emmanuel Makronla görüş də planlaşdırılır. Süni Zəka Fəaliyyət Sammiti əslində Parisə uçmaq üçün daha çox bəhanədir. Bir neçə gün ABŞ-də olan və suallarına cavab ala bilməyən Paşinyan indi yenidən çaşqınlıq içərisindədir. Vaşinqtonda Tramp administrasiyasının onunla strateji tərəfdaşlıq xartiyasını yalnız dekabrda imzalayan dövlət başçısına qarşı göstərdiyi nifrətli münasibət Paşinyanı və onun komandasını panikaya salıb”, - deyə nəşr qeyd edib.

Müəllif bildirib ki, indi də Paşinyan Fransadan özünə zəmanət qazanmağa çalışır.

“Heç olmasa anlamağa çalışır ki, o, siçan oyununu nə qədər uzağa apara bilər, rəsmi Paris ona kömək edəcək, yoxsa yox? Digər tərəfdən, Qərbdə hələ də ciddi qəbul edildiyini öz komandasına sübut etməyə ehtiyac var. Makron isə nümayişkaranə ciddilik nümayiş etdirə, ən azından Ermənistan hakimiyyətinin rahatlığını təmin edə bilər”, - deyə nəşr əlavə edib.

Seçilən
7
herbiand.az

1Mənbələr