AZ

Havada HƏYƏCANLI ANLAR: Rusiya təyyarəsi TƏCİLİ ENİŞ ETDİ 

Phuket Beynəlxalq Hava Limanından Moskvaya SU277 reysini həyata keçirən Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Boeing 777-300” təyyarəsi Banqkokda təcili eniş etmək məcburiyyətində qalıb.

Bu barədə “Thai PBS” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Andaman dənizi ətrafında bir neçə saatlıq uçuşdan sonra təyyarə Tailand körfəzinə doğru istiqamət götürüb, ekipaj burada texniki nasazlıq səbəbindən təcili eniş tələb edərək Suvarnabhumi Hava Limanı ilə əlaqə saxlayıb.

Bu, ilin əvvəlindən bəri “Aeroflot” təyyarəsinin havada sıradan çıxması ilə bağlı ikinci hadisədir.

Suvarnabhumi Hava Limanının direktoru Kittiphonq Kittikhationun sözlərinə görə, eniş zamanı yanğınsöndürmə xidmətləri hazır vəziyyətdə olub, lakin fövqəladə vəziyyət elan edilməyib.

Hava limanının nümayəndəsi TASS-a bildirib ki, eniş uğurla baş tutub və təyyarə yerə yerli vaxtla 21:11-də (Bakı vaxtı ilə 18:11) enib.


Seçilən
24
1
referans.az

2Mənbələr