AZ

Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq etdi

Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq etdi

ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.Tramp Oval Ofisdə keçirilən mərasimdə ABŞ-a bütün ölkələrdən polad və alüminium idxalına istisnasız olaraq tariflər tətbiq edəcək iki icra sərəncamı imzalayıb.Tramp idxal olunan polad və alüminiuma 25 faiz rüsum tətbiq edən sərəncamlar imzaladıqdan sonra "Bu, Amerikanı yenidən zənginləşdirməyin başlanğıcıdır" deyib.Sözügedən tariflərin bütün ölkələr üçün keçərli olduğunu deyən Tramp istisnasız olaraq 25 faiz dərəcəsinin tətbiq ediləcəyini bildirib.Tramp bildirib ki, istehsal ABŞ-da olarsa, heç bir gömrük rüsumu tətbiq edilməyəcək.Ölkədəki istehsalın da qiymətləri aşağı salacağını qeyd edən Tramp "Xarici şirkətlər ABŞ-a köçüb polad və alüminiumlarını burada istehsal edəcəklər. Sonda daha ucuz olacaq" deyib.Tramp bildirib ki, yaxın dörd həftə ərzində avtomobillər, dərmanlar və çiplər mövzusunda da görüşlər keçirəcəklər.

Seçilən
5
afn.az

1Mənbələr