AZ

Türkmənistanda yeni balqabaq sortu yaradılır

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Kənd Təsərrüfatı İnstitutunun Bitkiçilik kafedrasının baş müəllimi, kənd təsərrüfatı elmləri namizədi Maral Orazbayeva və həmkarları Daşoğuz vilayətinin iqlim şəraitində kütləvi istehsala yararlı yeni balqabaq sortunun yaradılması üzərində işləyirlər.

Hafta.az-ın yazdığına görə, institutun müəllimləri seleksiya və hibridləşdirmə əsasında yüksək məhsuldarlığı və dad zənginliyi, müxtəlif xəstəliklərə davamlılığı, müxtəlif xüsusiyyətlərə malik torpaq sahələrində iddiasız becərilməsi ilə seçilən sort yetişdirmək vəzifəsini qoyublar.

Balqabağın damazlıq kimi “Adatı”, “Müşkat” və “Ulı Miveli Kadı” növləri seçilib.

Çoxmərhələli sınaqların nəticələri uğurlu olarsa, yeni sort bu bostan məhsulunun damazlıq kolleksiyasını doldura biləcək. Burada artıq yetişdirilmiş türkmən sortlarından “Bal kadı” və “Palov kadı” (“Balı balqabağı”) xüsusilə məşhurdur.

Mənbə qeyd edir ki, Türkmənistan Kənd Təsərrüfatı İnstitutu istehsalın həcminin artırılması, seleksiya və toxumçuluğun səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif bitkilərin becərilməsi üçün kənd təsərrüfatı texnologiyasının təkmilləşdirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərdə fəal iştirak edir.

Seçilən
21
hafta.az

1Mənbələr