AZ

"Tarixin ən böyük futbolçusu odur" - Vircil van Deyk

"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk hansı oyunçunu futbol tarixinin ən yaxşısı hesab etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Worldwide" belə çatdırıb:

"Məncə, Messi hamıdan fərqlidir. Tarixin ən böyük futbolçusu odur".

Ötən mövsüm "İnter Mayami"nin forması ilə bütün turnirlərdə 22 matça çıxan Messi 21 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MLS təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq. "Transfermarkt" portalı 37 yaşlı superulduzun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
8
fanat.az

1Mənbələr