AZ

İlon Maskın sərvəti ilk dəfə 400 mlrd. dollardan aşağı düşüb

Amerikalı iş adamı İlon Maskın sərvəti ?Tesla Inc.? səhmlərinin kəskin azalması fonunda bu il ilk dəfə olaraq 400 milyard dollardan aşağı düşüb. Bu barədə ?Bloomberg? məlumat yayıb.

Maskın sərvəti, nəşrin qeyd etdiyi kimi, hazırda 394.6 milyard dollar dəyərində qiymətləndirilir.

Avtomobil istehsalçısının səhmləri dekabrın ortalarında bütün zamanların ən yüksək həddinə çatdıqdan sonra 27% ucuzlaşıb. Qeyd edək ki, ?Tesla? səhmləri Maskın sərvətinin 60%-ni təşkil edir.

Daha əvvəl məlum olub ki, İlon Mask ?OpenAI? texnologiya şirkətini idarə edən qeyri-kommersiya təşkilatını almaq istəyir.

Seçilən
1
banker.az

1Mənbələr