AZ

Santorini adasında 5,3 bal gücündə zəlzələ: Afinada da hiss olunub

Dünən axşam saatlarında Yunanıstanın turistlərin yaşadığı Santorini adasında 5,3 bal gücündə zəlzələ 17 kilometr dərinlikdə baş verib. Səlahiyyətlilər, Santorini adasında baş verən və paytaxt Afinada da hiss edilən zəlzələnin son dövrlərdə qeydə alınan ən güclü zəlzələ olduğunu açıqlayıb.

Egey dənizindəki Siklad adalarında, xüsusilə Yunanıstanın turizm adası Santorinidə zəlzələlər davam edir. Santorini adası yenidən silkələnib.

Günlərdir müxtəlif böyüklükdə zəlzələlərə məruz qalan Santorinidə ötən gecə 17 kilometr dərinlikdə 5,3 bal gücündə zəlzələ baş verib.

Səlahiyyətlilər, Santorini adasında baş verən və paytaxt Afinada da hiss edilən zəlzələnin son dövrlərdə qeydə alınan ən güclü zəlzələ olduğunu açıqlayıb. Səlahiyyətlilər dağıntı və xəsarət alanların olmadığını bildiriblər.

Həmçinin qeyd edilib ki, ən böyüyü 4,0 bal gücündə olan ən azı üç zəlzələ bazar günü, 3 bal gücündə isə dünən səhər saatlarında 4,0 bal gücündə üç zəlzələ baş verib.

12 mindən çox zəlzələ

Turistlərin ən çox seçdiyi yerlərdən biri olan Santorini yanvar ayından bəri tez-tez sarsılır. Afina Universitetinin Seysmoloji Laboratoriyası tərəfindən bölgədə 12800-dən çox zəlzələ aşkar edilib.

Seçilən
24
kommersant.az

1Mənbələr