Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranının xarici divarına quraşdırılan tüstü bacasında yağ qalıqları yanıb. Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.